"8 avqust Bəyannaməsi bölgədə dayanıqlı sülhün əsasını qoyur" - ATƏT

19:23 09.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"ATƏT Vaşinqtonda imzalanmış 8 avqust Birgə Bəyannaməsini alqışlayır".

Hafta.az xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında yerəşdirilmiş bəyanatda bildirilir.

"Azərbaycan və Ermənistanı bu inkişaf münasibətilə təbrik edir, ABŞ Prezidenti Donald Trampın prosesin reallaşmasındakı rolunu yüksək qiymətləndiririk", - deyə bəyanatda vurğulanıb.

Qurumdan bildirilib ki, ATƏT hər iki ölkədə dayanıqlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün səylərə sadiq qalır.

"ATƏT avqustun 8-də qəbul edilmiş Birgə Bəyannamənin icrası ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır", - deyə açıqlamada vurğulanıb.